image-n1karobka_ads
image-123
image-68aeee7902e8bd578e46f1e6backend

“Zapad-2025” təlimləri müdafiə xarakteri daşıyır – Belarus rəsmisi

image-ad_qayo_720x110px

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bəyan edib ki, “Zapad-2025” hərbi təlimlərinin məqsədi yalnız müdafiə xarakteri daşıyır.

Doğru.az xəbər verir ki, Volfoviç BELTA agentliyinə açıqlamasında bildirib:
“Bu təlimlər planlaşdırılır… Təlimlərin məqsədləri heç də hücum xarakteri daşımır… Təlimlərimizin müstəsna müdafiə məqsədi var – İttifaq dövlətinin qorunması”.

Qeyd edək ki, Rusiya-Belarus təlimlərinin əsas mərhələsinin Minsk vilayətinin Borisov şəhəri yaxınlığında keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin açıqlayıb ki, təlimlərdə nüvə silahı və “Oreşnik” raket kompleksindən istifadənin planlaşdırılması da sınaqdan keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki