image-n1karobka_ads
image-77d7ca4d06a15c81f806147c88c6621dbackend

Zelenski: Atəşkəsə ABŞ nəzarət edə bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.

Doğru.az xəbər verir ki, Zelenski Əbu-Dabidə keçirilən görüşlər zamanı Moskva və Kiyevin atəşkəs əldə olunacağı təqdirdə monitorinq mexanizmi ilə bağlı ümumi razılığa gəldiyini bildirib.

Axios portalının məlumatına görə, Zelenski qeyd edib ki, tərəflər atəşkəsin dronlardan istifadə edilməklə və ABŞ-ın rəhbərliyi altında izlənməsi mexanizmi barədə “ümumilikdə razılığa gəliblər”.

Ukrayna lideri əlavə edib ki, Kiyev bu prosesə Avropa ölkələrinin də cəlb olunmasını istəyir. Lakin onun sözlərinə görə, Rusiya tərəfi bu təşəbbüsə qarşı çıxır.

Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların iki mərhələsi yanvarın sonu və fevralın əvvəlində keçirilib. Üçtərəfli müzakirələrin ilk günü 17 fevralda Cenevrədə baş tutub və prosesin 18 fevralda davam edəcəyi bildirilib.

Qeyd edək ki, Zelenski daha əvvəl Ukraynada seçkilər və referendum keçirilməsi məsələsinə də toxunmuşdu.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki