image-ads_n1karobka_mobile
image-fedfb1f8b3927faa39a9c927b4d71c1ebackend

Zelenski: “Donbasda vəziyyət ağır olaraq qalır”

Donbasda vəziyyət çox ağır olaraq qalır.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Donbasda vəziyyət çox ağır olaraq qalır. Ordumuz rus qoşunlarının qarşısını almaq və onlara ən böyük itki vermək üçün əlindən gələni edir. Təəssüf ki, çoxlu insan həyatını itirir”, – deyə Ukrayna dövlətinin başçısı bildirib.

O əlavə edib ki, Rusiya qoşunlarının qüvvələrini cəmləşdirməyə çalışdığı Xarkov vilayətində və Ukraynanın cənubunda da vəziyyət ağırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki