image-ads_n1karobka_mobile
image-volodymyr_zelensky_220222backend

Zelenski Makronu prezident seçilməsi münasibəti ilə təbrik etdi

Ukrayna prezidenti Volodimir Zelenski Emmanuel Makronu Fransa prezidenti seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib.

“Doğru.Az” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özünün “Twitter” hesabında yazıb.

“Fransa prezidenti və Ukraynanın əsl dostu Emmanuel Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Emmanuel Makrona Fransa xalqının rifahı naminə uğurlarının davamlı olmasını arzulayıram. Mən Fransanın dəstəyini yüksək qiymətləndirirəm və əminəm: yeni ümumi qələbələrə doğru birlikdə addımlayırıq! Güclü və vahid Avropaya”, – deyə V.Zelenski bildirib.

Trend


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki