image-ads_n1karobka_mobile
image-6e7ba307b8158dfb159bd31512c96a76backend

Zelenski: “Rusiya müharibənin bitməsini istəsəydi, ehtiyat qoşunlarını Ukraynanın cənubuna çəkməzdi”

Əgər Rusiya həqiqətən də müharibə istəməsəydi, ehtiyatlarını Ukraynanın cənubuna çəkməzdi.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Rusiya həqiqətən müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubuna ehtiyat çəkməzdi və Ukrayna ərazisində qətlə yetirilən günahsız insanların kütləvi məzarlarını yaratmazdı”, – deyə dövlət başçısı vurğulayıb.

O vurğulayıb ki, Avropa dəyərlərinə malik olan güclü dövlətlərin keçmiş liderlərinin bu dəyərlərə qarşı mübarizə aparan Rusiyaya işləməsi sadəcə iyrəncdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki