image-2000x150px
image-123
image-ads_atlas
image-1eb48a08bd70aa840f9c6bbb5a687cb5backend

Zelenski: Ukraynada tarixində ən sərt qış bu il olacaq

image-728x90px

Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, bu qış Ukrayna tarixində ən çətin qış olacaq.

Bu barədə Ukrayna dövlət başçısı videomüraciətində bildirib.

Onun sözlərinə görə, ukraynalıların arxayınlaşmağa haqqı yoxdur, çünki Ukraynanın qələbəsinə aparan yolla hələ də getmək lazımdır və bu, “çətin yoldur”.

“Tariximizdə ən çətin qış bu il olacaq. Payız, qış və yaz aylarında işin lazımi hissəsini yerinə yetirin ki, dövlətə lazım olan nəticəni əldə edin. Azadlıq uğrunda mübarizə naminə tərəfdaşlarımızın maksimum səfərbərliyini qoruyun və ümumi düşmənimizin qlobal demokratiya tərəfdarı koalisiyasını parçalamasına imkan verməyin”, – deyə Zelenski vurğulayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki