image-ads_n1karobka_mobile
image-17306963133253554294_1200x630backend

Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb

image-add-a-heading

Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki