image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210416_222457_570backend

Millimizdən yubiley qol

image-728x90px
Avropa çempionatının son seçmə oyununda Yunanıstan üzərində 4:0 hesablı qələbə futzal üzrə Azərbaycan millisi üçün əlamətdar olub.
 

Doğru.az” federasiyanın rəsmi saytına istinadən xəbər veirr ki, komanda indiyədək iştirakçısı olduğu Avropa çempionatının seçmə və final mərhələlərində 178 qol vurub.

Yığma cari seçmə mərhələdə isə rəqiblərin qapılarından 22 top keçirib. Bununla da qitə birinciliklərində 200-cu qol vurulub.

Yubiley qolunun müəllifi Yunanıstanla oyunda rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edən Ramiz Çovdarov olub.

Qeyd edək ki, ilk dəfə 1995-ci il oktyabrın 23-də Niderlandda keçirilmiş Avropa çempionatının seçmə mərhələsinin Polşa ilə görüşündə debüt edən və 6:4 hesabı ilə qələbə qazanan komanda indiyədək 57 matçda gücünü sınayıb.

Bu oyunlardan 28-də qələbə qazanan milli 10 matçda heç-heçə edib, 19 qarşılaşmada isə xalsız qalıb. Öz qapısından 175 top buraxan azərbaycanlı futzalçılar rəqib torunu 200 dəfə silkələyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki