İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə baş verən son silahlı toqquşmalar nəticəsində 3000-dən çox insanın öldüyünü açıqlayıb.
Doğru.az xəbər verir ki, Nazir sosial media hesabında bildirib ki, ümumi ölənlərin sayı 3 117 nəfərdir. Onlardan 2 427 nəfəri mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları, qalan 690 nəfər isə silahlı qrupların üzvləri ilə əlaqələndirilir.
Tasnim xəbər agentliyinin məlumatına görə, iğtişaşlar zamanı təxminən 3 700 nəfər yaralanıb. Daha əvvəl bəzi etirazlarda öldürülən uşaqların cəsədlərində İsrail istehsalı döyüş güllələrinin tapıldığı bildirilmişdi.
DOĞRU.AZ




























