Bütün NATO bloku da daxil olmaqla, 44 ölkə hazırda Rusiyaya qarşı müharibədə iştirak edir.
Bu barədə Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.
Onun sözlərinə görə, Rusiyanı xaricdən fəth etmək olmaz, onu yalnız daxildən bölmək olar. O, düşmənlərin ölkəni dini, etnik və digər zəmində bölməyə çalışdıqlarını deyib.
“Bəli, artıq bütün NATO ölkələri bizə qarşı müharibə elan edib. Və bu, xüsusi hərbi əməliyyat zonasında qızğın bir müharibədir, iqtisadi müharibədir, amma bəlkə də ən çətini informasiya və ya ideoloji müharibədir”, – deyə Kiriyenko qeyd edib.
Kiriyenko daha əvvəl Ukraynanın Qərbin Rusiya Federasiyasına qarşı mübarizəsi üçün öz ərazisini və vətəndaşlarını təslim etdiyini bildirib./globalinfo
DOĞRU.AZ

























