image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-11-01t175039z_571531058_rc2f44al1jwy_rtrmadp_3_israel-palestinians-egypt-gaza-injured-pic_32ratio_900x600-900x600-55741backend

ABŞ administrasiyası Rəfah keçid məntəqəsinin Avropa missiyasının nəzarətinə verilməsi ilə bağlı danışıqlar aparır

image-728x90px

Vaşinqton Qəzza zolağının sərhədindəki Rəfah keçid məntəqəsinin Avropa missiyasına verilməsi ilə bağlı Avropa İttifaqı, Misir və İsraillə danışıqlar aparır. Bu barədə Amerikanın “Politico” qəzeti yazır.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası Rəfah keçid məntəqəsindəki vəziyyətə nəzarət etmək üçün Avropa missiyası ilə nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpasına köməklik haqqında məsləhətləşmələr aparır. Vaşinqtonun sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələsində İsrail və Misirin düşdüyü çıxılmaz vəziyyətdən çıxış yolunu belə tapmağa çalışır. İsrail ordusunun Qəzza zolağının cənubunda hərbi əməliyyat keçirə biləcəyi şəraitdə ABŞ Avropa missiyasından Rəfah keçidinin açılmasına və nəzarəti ələ keçirməsinə köməklik göstərməsini xahiş edir. Danışıqlar uğurlu olarsa, fələstinlilərə humanitar yardımın həcmi xeyli artmalıdır.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki