image-2000x150px
image-123
image-ads_atlas
image-ap24124722769062-pic_32ratio_1200x800-1200x800-23409backend

ABŞ-da Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı məhkəmə prosesi təxirə salınıb

image-728x90px

Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədlərlə düzgün davranmaması ilə bağlı məhkəmə prosesinin vaxtı ləğv edilib.

Bu barədə Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin elektron məlumat bazasına istinadən xəbər verir.

Federal hakim Eileen Cannon tərəfindən imzalanan sənəddə deyilir ki, məhkəmə əvvəllər təyin edilmiş 20 may 2024-cü il tarixini və buna görə də onunla əlaqəli təqvimi ləğv edib. Trampın işi üzrə yeni məhkəmə tarixi ayrıca sərəncamla müəyyən ediləcək.

Bundan əvvəl keçmiş porno aktrisa Stormi Danielsin ABŞ prezidentliyinə namizəd Donald Trampın sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesində ifadə verəcəyi bildirilirdi.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki