Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bəyan edib ki, ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır.
Bu barədə RİA Novosti yazır.
Rusiya kəşfiyyatının məlumatına görə, Amerika tərəfi seçkilərdə “fırıldaqçılıq sübutları” dərc etməyi və hökumətin dəyişdirilməsini tələb etməyi planlaşdırır.
Bundan əvvəl Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bəyan etmişdi ki, ABŞ-ın Gürcüstanda hakimiyyət dəyişikliyi planı etirazçılar arasından “müqəddəs qurban” verməyi nəzərdə tutur.
Xarici Kəşfiyyat Xidməti həmçinin bildirib ki, ABŞ prezident Salome Zurabişvilinin köməyi ilə Gürcüstanda “rəngli inqilab” hazırlaya bilər.
DOĞRU.AZ