ABŞ Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketi açıqlayıb.
Bu barədə Pentaqon məlumat yayıb.
“Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə yardım elan edir… 225 milyon dollar dəyərində qiymətləndirilir”, – RİA Novosti sənədin mətnindən sitat gətirir.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, ABŞ-ın Ukraynaya ayırdığı yeni hərbi yardım paketi yalnız dinc əhali arasında yeni itkilərə səbəb olacaq.
Mənbə RİA Novosti