image-2000x150px
image-123
image-ads_atlas
image-ap23085845260220-pic_32ratio_900x600-900x600-12894backend

ABŞ hərbi təlimlər üçün ora gələnləri İsraildən uzaqlaşdırıb

image-728x90px

ABŞ Hərbi Hava Qüvvələri Fələstinin Həmas hərəkatının hücumundan sonra hərbi təlimlərdə iştirak etmək üçün orada olan Amerika hərbçilərini İsrail ərazisindən çıxarıb.

Bu barədə “Defence One” portalı ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

“İsraildə yerləşmiş az sayda ABŞ hərbi qulluqçusu C-17 nəqliyyat təyyarəsi ilə evlərinə uçub”, – nəşr yazır.

Nəşrin həmsöhbəti aydınlaşdırıb ki, təyyarə İsrailə boş gəlib və yola düşən zaman göyərtəsində “yalnız Amerika hərbçiləri” olub.

Portal müəllifləri bildirirlər ki, ABŞ-İsrail ikitərəfli təlimləri İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki