ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasəti enerji bazarında gərginliyi artırır.
Doğru.az xəbər verir ki, CNN-in məlumatına görə, Donald Trump administrasiyası Çinlə ticarət müharibəsində istifadə etdiyi sərt təzyiq taktikalarını indi İrana qarşı tətbiq etməyə çalışsa da, bu yanaşma əks nəticə verir.
Məlumata əsasən, Tehran Vaşinqtona güzəştə getməyə tələsmir və Hörmüz boğazını strateji üstünlük kimi saxlayır. Hörmüz boğazı dünya neftinin təxminən 20 faizinin keçdiyi əsas enerji marşrutu olaraq qalır.
Bazar reaksiyaları da gərginliyi təsdiqləyib: Brent neftinin qiyməti kəskin şəkildə artıb, analitiklər isə eskalasiya davam edərsə, bir barelin 120 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər.
ABŞ daxilində isə inflyasiya təzyiqi güclənir, “Moody’s” hesablamalarına görə, ailələrin aylıq xərcləri ötən illə müqayisədə 233 dollar artıb.
Eyni zamanda, Aleksandr Maslennikov da İran ətrafındakı böhranın qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyini və aclıq riskinin artdığını bildirib.
DOĞRU.AZ

























