image-ads_n1karobka_mobile
image-rtx74aub-pic905-895x505-38849backend

ABŞ İran prezidenti Rəisinin xatirəsinə həsr olunmuş BMT mərasimini boykot etmək niyyətindədir

ABŞ helikopterlə qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş BMT mərasimini boykot edəcək.

Bu barədə Reuters xəbər verir.

Agentlik qeyd edir ki, 193 üzvdən ibarət BMT Baş Assambleyası ənənəvi olaraq vəfat edən zaman hazırkı dövlət başçısı olmuş istənilən dünya liderini yad etmək üçün toplanır.

ABŞ bu mərasimə məhəl qoymamaq niyyətindədir. Adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ rəsmisi agentliyə bildirib ki, Birləşmiş Ştatlar tədbirdə “heç bir keyfiyyətdə” iştirak etməyəcək. O vaxta qədər boykot barədə heç nə məlum deyildi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki