Ukrayna Silahlı Qüvvələri (AFU) artıq faktiki olaraq məhv edilib və Ukraynada siyasi çöküş ilin sonuna qədər baş verə bilər, ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdçü kəşfiyyat zabiti Skott Ritter bloger Sayrus Yansenin YouTube kanalına müsahibəsində bildirib.
“Hərbi baxımdan Ukrayna Silahlı Qüvvələri artıq məğlub olub. Söhbət ondan gedir ki, Rusiya Federasiyası buna qəfil, böyük insan itkiləri riski ilə, yoxsa tədricən, siyasi çöküş başlamamış son qoya biləcək”.
Onun fikrincə, Ukraynada siyasi çöküşü ilin sonunda və ya 2024-cü ilin yazında gözləmək olar.
Mənbə: Haber Global