image-n1karobka_ads
image-123
image-upload-shutterstock_1483430528-pic_32ratio_1200x800-1200x800-2439backend

ABŞ Konqresinin Nümayəndələr Palatası BCM-yə qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib

image-ad_qayo_720x110px

ABŞ Konqresinin Nümayəndələr Palatasının Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib.

Komitənin iclası qurumun internet saytında yayımlanıb.

Qeyd olunur ki, qanun layihəsinin qəbul edilməsinə səbəb ABŞ və onun müttəfiqlərinə qarşı məhkəmə prosesinin aparılması olub. Respublikaçılar qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış ediblər. Nəticədə sənədi doqquz qanunverici dəstəkləyib, üçü isə əleyhinə çıxıb.

Sənəddə iddia edilir ki, Vaşinqton “hər hansı qorunan şəxsi araşdırmağa, saxlamağa, həbs etməyə və ya mühakimə etməyə” cəhd edərsə, BCM-yə qarşı sanksiyalar tətbiq etməlidir. Bu kateqoriyaya ABŞ vətəndaşları, o cümlədən hərbi qulluqçular, ölkənin müttəfiqləri daxildir.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki