Misir kəşfiyyat rəsmiləri Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs və münaqişələrin həlli ilə bağlı imzalanan müqavilənin şərtlərini gizli şəkildə dəyişdirərək, iki tərəf arasında razılaşmanın pozulmasına səbəb olub.
Bu barədə Amerikanın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Misir kəşfiyyatı İsrailin bu ayın əvvəlində imzaladığı atəşkəs təklifinin şərtlərini sakitcə dəyişdi və nəticədə razılaşmanı pozdu” dedi.
Qeyd edilir ki, Misir kəşfiyyatı tərəfindən edilən dəyişikliklər “ABŞ, Qətər və İsrail rəsmiləri arasında qəzəb dalğasına və qarşılıqlı ittihamlara səbəb olub və atəşkəs danışıqlarını dalana dirəyib”.