image-2000x150px
image-123
image-ads_atlas
image-ap20145646395006-pic_32ratio_900x600-900x600-23772backend

ABŞ mümkün silah yarışını elan etdi

image-728x90px

Vaşinqton və Moskva arasında nüvə sahəsində ziddiyyətlərin artdığı bir dövrdə ABŞ-ın Nevada ştatındakı nüvə poliqonunda yeni sınaq keçirməsi yeni silahlanma yarışına səbəb ola bilər.

Bunu Bloomberg-in köşə yazarı Conatan Tayron deyib.

Onun sözlərinə görə, ABŞ sınaqları Rusiya Dövlət Dumasının Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiyadan çıxması haqqında qanunu qəbul etməsindən “cəmi bir neçə saat” sonra həyata keçirib. O, həmçinin qeyd edib ki, Amerika hakimiyyətinin bu cür hərəkətləri “yanlış təfsir edilə və daha da gərginliyə səbəb ola bilər”.

Oktyabrın 20-də ABŞ Energetika Nazirliyi ABŞ-ın əvvəllər nüvə silahını sınaqdan keçirdikləri Nevada ştatındakı poliqonda yeraltı sınaqlar keçirdiyi barədə məlumat yayıb. Həmçinin qeyd olunub ki, onlar Rusiya Dövlət Dumasının CTBT-nin ratifikasiyasını ləğv edən qanunu qəbul etdiyi gündə baş verib.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki