image-ads_n1karobka_mobile
image-lilium-pic905-895x505-15053backend

ABŞ ordusu ilk hava taksilərini aldı

ABŞ Hərbi Hava Qüvvələri Amerikanın Joby Aviation Inc şirkətindən ilk hava taksi modelini alıb.

Bu barədə TASS məlumat yayıb.

“Jobi bu yaxınlarda Edvards Hərbi Hava Qüvvələri bazasına ilk hava taksi modelini təhvil verdi” dedi şirkət.

Avadanlıq ABŞ Hərbi Hava Qüvvələri ilə müqavilə əsasında bazanın yerləşdiyi Kaliforniya ştatına artıq gəlib.

Müqavilənin məbləği 130 milyon dolları ötüb.Şirkət ABŞ Hərbi Hava Qüvvələrinə və federal agentliklərə 10-a qədər hava taksisi təqdim etməyi öhdəsinə götürür.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki