ABŞ Rusiya lideri Vladimir Putinin danışıqlar üçün İstanbula gələcəyinə, daha sonra isə ABŞ prezidenti Donald Trampın oraya gələcəyinə ümid edir, Amerika liderinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Bu barədə RİA Novosti yazır.
Daha əvvəl Reuters üç mənbəyə istinadən yazıb ki, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Keyt Kelloq Rusiya və Ukrayna arasında danışıqlar aparmaq üçün mayın 15-də İstanbula gedəcək.
Vitkoff danışıqların əsas mövzularını Kiyevin ərazilərdən imtina etməsi, Zaporijjya AES-dən istifadə, Ukraynanın Dnepr və Qara dənizə çıxışı adlandırıb.
DOĞRU.AZ