image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-08-19t204626z_2129725382_rc28w1ahx6wp_rtrmadp_3_ukraine-crisis-f16s-reznikov-pic_32ratio_1200x800-1200x800-4951backend

ABŞ Rumıniyada F-16 qırıcıları yerləşdirməyi planlaşdırır

image-728x90px

Birləşmiş Ştatlar NATO-nun hava təhlükəsizliyi missiyasının ehtiyacları üçün Rumıniyada bir neçə F-16 döyüş təyyarəsi yerləşdirmək niyyətindədir.

Bu barədə Radio Romania International radiostansiyası məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, stansiyanın materialına görə, Rumıniyada tapılan dron qalıqları ilə bağlı insident xarici işlər naziri Luminica Odobescu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı müzakirə olunub.

RRI-nin məlumatına görə, hava məkanının mühafizəsi üzrə ikitərəfli əməkdaşlığın gücləndirilməsi mövzusu da müzakirə edilib və bu kontekstdə NATO-nun hava məkanının mühafizəsi missiyalarına dəstək məqsədilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə F-16 qırıcı təyyarəsinin Rumıniyada yerləşdirilməsi qeyd edilib.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki