image-n1karobka_ads
image-123
image-66ae45d7ae5ac9594043607fbackend

ABŞ səfirliyi öz vətəndaşlarını “istənilən” uçuşla Livanı tərk etməyə çağırıb

image-ad_qayo_720x110px

ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı amerikalıları Yaxın Şərq ölkəsini tərk etməyə çağırıb.

Bu barədə TASS diplomatik missiyanın bəyanatına istinadən yazır.

“Biz Livanı tərk etmək istəyənləri əllərində olan istənilən bileti bron etməyə çağırırıq”, – diplomatlar bildirib.

Səfirlik onu da qeyd edib ki, vətənə qayıtmaq imkanı olmayan ABŞ vətəndaşları repatriasiya krediti şəklində maliyyə yardımı üçün səfirliyə müraciət edə bilərlər.

Bundan əvvəl ABŞ-ın İsrailə dəstək üçün Yaxın Şərqə təyyarədaşıyan zərbə qrupu göndərəcəyi məlum olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki