USS Wasp ilə Türkiyəyə gələn Amerika hərbçiləri İzmir şəhərində hücuma məruz qalıb.
Doğru.az xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb .
“Biz təsdiq edirik ki, “Wasp” gəmisindəki ABŞ hərbi qulluqçuları bu gün İzmirdə hücuma məruz qalıblar və hazırda təhlükəsizdirlər”, – bəyanatda deyilir.
Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Müdirliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə PUA-dan istifadə edərək gəmiyə hücum edildiyini bildirmişdi.
DOĞRU.AZ