image-ads_n1karobka_mobile
image-8-pic_32ratio_900x600-900x600-37564backend

ABŞ Tayvana raket və dron satışına icazə verib

ABŞ Dövlət Departamenti Tayvana 60 milyon dollarlıq mümkün raket satışını təsdiqləyib.

RİA Novosti xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Dövlət Departamenti Switchblade-300 sistemlərinin və müvafiq avadanlıqların Taypey Mədəniyyət və İqtisadi Nümayəndəliyinin ofisinə təxminən 60,2 milyon dollara potensial satışını təsdiqləyib”, – deyə məlumatda bildirilir.

Dövlət Departamenti həmçinin ALTIUS 600M-V dronlarının Tayvana daha 300 milyon dollara mümkün satışını təsdiqləyib.

İyunun 16-da Çin prezidenti Si Cinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə ABŞ-ın Çini Tayvana hücuma təhrik etdiyini bildirib.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki