image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ap17055496150433-pic_32ratio_900x600-900x600-64871backend

ABŞ Ukraynaya əlavə hərbi yardım göndərmək niyyətindədir

image-728x90px

Associated Press-ə anonim məmurdan daxil olan məlumata görə, ABŞ Ukraynaya 400 milyon dollara qədər əlavə hərbi yardım göndərmək niyyətindədir.

Bildirilir ki, bu yardım paketi çərçivəsində hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, həmçinin Hornet müşahidə pilotsuz təyyarələri veriləcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib ki, ABŞ Ukraynaya əks-hücum üçün lazım olan hər şeyi göndərib və yaxın günlərdə yeni yardımı açıqlayacaq. Onun sözlərinə görə, “yaxın günlərdə” ABŞ-dan hərbi yardımla bağlı yeni açıqlamalar gözləyə bilərik.

İspaniya Ukraynaya Leopard tanklarının yeni partiyasını göndərdi. Müdafiə Nazirliyinin məlumatına görə, avqustun birinci yarısında bütün yükün Ukraynaya daşına biləcəyi gözlənilir.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki