image-ads_n1karobka_mobile
image-upload-20161116_zaa_n230_181-pic_32ratio_900x600-900x600-66284backend

ABŞ və Aİ 2021-ci ilin noyabrında Rusiyaya qarşı sanksiyalar hazırlamağa başlayıb

ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl Rusiya əleyhinə sanksiyaların hazırlanması barədə razılığa gəliblər.

Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 2021-ci ilin noyabrında Bayden fon der Leyen ilə Ağ Evdə görüşü zamanı Amerika kəşfiyyat xidmətlərinin məlumatlarına əsaslanaraq “Rusiya əsgərlərinin Ukrayna ilə sərhədə yaxın ərazidə toplanması ilə bağlı həyəcan təbili çalıb”. Adı açıqlanmayan bir avropalı məmurun qeyd etdiyi kimi, Amerika lideri çox narahat idi, lakin Avropada heç kim buna əhəmiyyət vermədi, hətta məxfi xidmətlər belə.

“Politico”nun məlumatına görə, bu görüşdən sonra fon der Leyen komandası Ağ Ev administrasiyası ilə gizli şəkildə sanksiyalar paketi üzərində işləyib.

Mənbə: Politico

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki