image-n1karobka_ads
image-123
image-713b7b60-ead2-3fd9-9f7b-35e8a1c339a6_850backend

ABŞ və Aİ diplomatları Haniyənin öldürülməsindən sonra təcili danışıqlar aparırlar

image-ad_qayo_720x110px

ABŞ və Aİ diplomatları Fələstin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra genişmiqyaslı regional müharibə təhlükəsinin qarşısını almaq üçün Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili danışıqlar aparır.

Financial Times-ın mənbələrə istinadən yazdığına görə, Avropa İttifaqının xarici siyasət rəhbərinin müavini Enrike Mora çərşənbə günü, iyulun 31-də Tehranda rəsmilərlə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə koordinatoru Brett Makqurkla danışıqlar aparıb. Səudiyyə Ərəbistanında görüşlər keçirib.

Müzakirələrdə iştirak edən qərb diplomatlarından biri deyib: “Dünən gecədən bəri hamı Tehrana reaksiya verməmək üçün təzyiq edir.

Bundan əvvəl “The New York Times” İranın ali lideri Əli Xamneyinin Haniyənin öldürülməsinə cavab olaraq İsrailə qarşı “birbaşa cavab zərbəsi” əmri verdiyini yazıb.

İran prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Büro rəhbərinin qatillərinin qorxaq hərəkətlərinə görə peşman olacaqlarına söz verib.

Mənbə Financial Times

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki