image-n1karobka_ads
image-123
image-rts23z3a-pic905-895x505-79981backend

ABŞ və Almaniya Ukraynanın NATO-ya daxil olması üçün konkret tarixlərin müəyyənləşdirilməsinə qarşıdır

image-ad_qayo_720x110px

Vaşinqton və Berlin Kiyevə Şimali Atlantika Alyansına mümkün daxil olmaq üçün konkret tarixlər vədinə qarşı çıxıblar.

Bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, NATO-nun 75-ci yubiley toplantısına hazırlıqdan əvvəl Ukraynaya sərt vaxt çərçivəsi təklifinin əleyhinə çıxıb. ABŞ rəsmiləri Kiyevin tezliklə Alyansa tam üzvlüyə doğru hərəkət edəcəyinə son dərəcə şübhə ilə yanaşırlar.

Teleqraf qeyd edib ki, ABŞ və Almaniyanın belə mövqeyi Ukrayna prezidenti Vladimir Zelenskini məyus edəcək.

Bundan əvvəl Ağ Ev Ukraynanın Rusiyaya Qərb silahları ilə hücum etmək hüququnu yenidən rədd etmişdi.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki