image-n1karobka_ads
image-123
image-abs-israiljpg-1619611512backend

ABŞ və İsrail Qəzzaya yardımla bağlı razılaşmaya yaxındır

ABŞ, İsrail və yeni beynəlxalq fondun nümayəndələri Fələstinin HƏMAS hərəkatının nəzarəti olmadan Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etmək barədə razılaşmaya yaxındırlar.

Bu barədə Axios mənbələrə istinadən yazır.

Portalın mənbələrinin məlumatına görə, son həftələr tərəflər humanitar yardımın çatdırılmasının yeni mexanizmini müzakirə ediblər.

Nəşr qeyd edir ki, plana əsasən, Qəzzada bir neçə kompleks tikiləcək və fələstinlilər hər ailəyə bir paket humanitar yardım almaq üçün həftədə bir dəfə oraya gələ biləcəklər.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı İsraillə razılaşma çərçivəsində Qəzza zolağında beş illik atəşkəs tələb etdiyini təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki