image-n1karobka_ads
image-123
image-1764583864774312064_1200x630backend

ADA məzunlarının beynəlxalq forumu bu il Berlində keçirildi – FOTO

image-ad_qayo_720x110px

ADA Universitetinin xaricdə yaşayan məzunlarının ənənəvi forumu bu il Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

Doğru.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir ADA Universiteti, ADA Universiteti Fondu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, “Kolin Azərbaycan” şirkətinin dəstəyi ilə baş tutub. Forum ADA məzunlarını universitet rəhbərliyi ilə bir araya gətirərək geniş müzakirə platforması yaradıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbiri açaraq bildirib ki, Berlində ADA məzunlarını bir araya gətirən bu forum Azərbaycan gənclərinin qlobal mühitdə qazandıqları bilik və təcrübəni paylaşmaları baxımından xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, belə görüşlər həm akademik əlaqələrin genişlənməsinə, həm də ölkəmizin intellektual potensialının beynəlxalq səviyyədə daha güclü təmsil olunmasına xidmət edir.

ADA Universitetinin prorektoru Günay Ziyadova çıxışında universitetin son yenilikləri, inkişaf istiqamətləri və gələcək planları barədə məlumat verib. O, ADA-nın təhsil, innovasiya və beynəlxalq əlaqələr sahəsində dinamik inkişaf etdiyini, bu prosesdə məzun şəbəkəsinin mühüm rol oynadığını qeyd edib.

Forumda əsas məruzəçi qismində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məzunların Azərbaycandan uzaqda yaşamalarına baxmayaraq, ölkəyə və universitetə bağlılıqlarının önəmini vurğulayıb. Rektor məzunları müxtəlif layihə və təşəbbüslərdə daha fəal olmağa çağırıb, bu əməkdaşlığın hər iki tərəf üçün yeni perspektivlər yaratdığını bildirib.

Daha sonra ADA-nın Məzunlarla iş şöbəsinin nümayəndəsi Zöhrə Əsədovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib. Məzunlar Maşdı Əliyev, Fidan Eminli, Sabirə İmrani, Aydın Cavadov və Cəmilə Talıbzadə təhsil və iş təcrübələrini bölüşərək, ADA məzunlarının müxtəlif sahələrdə yaratdıqları uğurlu nümunələrdən danışıblar. Paneldə həmçinin yeni trendlər, çağırışlar və imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

ADA Universiteti məzun forumlarının artıq ənənəyə çevrildiyi qeyd olunub. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən bu görüşlər ADA məzunlarının qlobal əlaqələrinin möhkəmlənməsinə, birgə fəaliyyət və əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verir.

DOĞRU.AZ

image-17645838645646520760_1200x630 image-17645838641923057917_1200x630 image-1764583864545762390_1200x630 image-17645838641668258294_1200x630 image-17645838642742717139_1200x630 image-1764583864346492336_1200x630 image-17645838643908186_1200x630 image-176458386420277215_1200x630 image-17645838645960931998_1200x630 image-17645838642805737426_1200x630 image-17645838644139952308_1200x630 image-1764583864414022234_1200x630 image-17645838643165927138_1200x630 image-17645838644250052697_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki