image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-12-22t130015-784backend

Adil Kərimli şiddətli töhmət verdiyi rəisi işdən çıxardı

image-728x90px

Mədəniyyət Nazirliyində idarə rəisi işdən çıxarılıb.

Bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir ay əvvəl Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Mədəniyyət Nazirliyi məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Beybala oğlu Musayevə aprelin 4-dən üç ay müddətinə həmin idarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq həvalə edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki