ABŞ Qolan təpələrinə hücumu pisləyir və gələcək təcavüzdən müdafiəsi üçün İsrailə “sarsılmaz dəstək” verməyə hazır olduğunu bir daha təsdiqləyir.
Bu barədə RİA Novosti Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən yazır.
“İsrail öz təhlükəsizliyinə ciddi təhdidlərlə üzləşməkdə davam edir və Birləşmiş Ştatlar bu dəhşətli hücumları dayandırmaq üçün səyləri dəstəkləməyə davam edəcək”, ABŞ hökuməti bildirib.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, ABŞ İsrailə qarşı yeni hücumlara imkan verməməlidir.
Mənbə RİA Novosti