ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında yəhudi dövləti ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması üzərində işlərin təcili başa çatdırılmasının vacibliyini vurğulayıb.
TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, qeyd edilir ki, iki ölkə liderləri Qahirədə “bütün qalan maneələri aradan qaldırmaq üçün” gələcək danışıqları müzakirə ediblər.
Daha əvvəl bildirilmişdi ki, İsrail hələ də HƏMAS-dan razılaşma ilə bağlı rəsmi cavab almayıb.
Həmçinin, Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlar ətrafında mövcud vəziyyət Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı mövzusu olub.
Mənbə TASS