image-n1karobka_ads
image-123
image-fotojet-2022-11-14t024000-497backend

Ağ Ev: Bayden və Harris İraqdakı Ayn əl-Əsəd hava bazasına hücumla bağlı məlumatlandırılıb

image-ad_qayo_720x110px

ABŞ prezidenti Co Bayden və vitse-prezident Kəmalə Harrisə İraqın qərbindəki Ənbar əyalətində ABŞ hərbçilərinin yerləşdiyi Ayn əl-Əsəd aviabazasına edilən hücumla bağlı məlumat verilib.

RİA Novosti xəbər verir ki , bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar (Bayden və Harris. – RT ) qüvvələrimizi qorumaq və şəxsi heyətimizə qarşı hər hansı hücuma cavab vermək üçün atdığımız addımları müzakirə etdilər”, – mesajda deyilir.

Bundan əvvəl Pentaqon İraqdakı aviabazanın atəşə tutulduğunu və bir neçə ABŞ hərbçisinin yaralandığını bildirmişdi.

ABŞ-ın İraqın qərbindəki Ayn əl-Əsəd bazasına yük maşınından raketlər atıldığı barədə də məlumat var idi.

Mənbə RT

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki