image-n1karobka_ads
image-123
image-696ac03f02e8bd261d168322backend

Ağ Ev Qəzza Sülh Şurasının tərkibini açıqladı

image-add-a-heading

Ağ Ev Qəzza zolağında yeni yaradılmış Sülh Şurasının tərkibini açıqlayıb. Açıqlamada bildirilir ki, Sülh Şurası konsepsiyasını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə diplomatiya, inkişaf, infrastruktur və iqtisadi strategiya sahəsində təcrübəsi olan liderlərdən ibarət icra şurası yaradılıb.

Doğru.az xəbər verir ki, Sülh Şurasına ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler, amerikalı milyarder Mark Rouen, Dünya Bankının prezidenti Ajay Banqa və ABŞ milli təhlükəsizlik müşavirinin müavini Robert Qabriel daxil olub.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının yaradıldığını elan etmişdi. O, həmçinin Fələstin HƏMAS hərəkatının tam tərksilah edilməsi ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki