image-2000x150px
image-123
image-ads_atlas
image-unnamedbackend

Aİ-nin ən zəngin və ən kasıb ölkələri açıqlanıb

image-728x90px

Danimarka ailələrin maliyyə aktivləri baxımından Avropa ittifaqının (Aİ) ən zəngin ölkəsidir. Bu göstərici 1,88 mln. Danimarka kronuna (300 min ABŞ dolları) bərabərdir.

Doğru.az, bu barədə Danimarka Milli Bankının hesabatında deyilir.

Sənəddə qeyd olunub ki, bununla belə, danimarkalıların qonşu ölkələrin sakinlərinə nisbətən daha çox borcu var. Öhdəliklərin böyük əksəriyyəti daşınmaz əmlakla təmin edilmiş bank və ipoteka borcu ilə əlaqəlidir (təxminən 86%). Ümumilikdə, danimarkalıların maliyyə göstəriciləri Aİ-nin ortalamasından təxminən üç dəfə çoxdur.

Bundan başqa, bu ilin I rübündə danimarkalıların sərvəti bir qədər də artaraq adambaşına orta hesabla 24 min krona (3,8 min dollar) çatıb.

Niderlanddakı ev təsərrüfatları Avropada ikinci ən böyük maliyyə aktivinə sahibdirlər. Onun ardınca Lüksemburq və İsveç yer alıb.

Tədqiqat nəticəsində məlum olub ki, Aİ-nin ən kasıb ölkəsi Rumıniyadır. Bu ölkədə ailələrin aktivləri 80 min krona (12,7 min dollar) bərabərdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki