image-n1karobka_ads
image-123
image-70-pic_32ratio_900x600-900x600-97627backend

Aİ Rusiya aktivlərindən əldə edilən gəlirin 90%-ni Kiyevin ehtiyacları üçün istifadə etməyə razılaşıb

Almaniya kansleri Olaf Şolz bildirib ki, Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirin 90%-nin Ukraynanın hərbi ehtiyacları üçün istifadə edilməsi barədə razılığa gəlib.

RİA Novosti bu barədə Şolz və Baltikyanı ölkələrin hökumət başçılarının Latviyada keçirdiyi birgə mətbuat konfransına istinadən məlumat yayıb.

Almaniya kanslerinin sözlərinə görə, Avropa İttifaqı ümumi rəydədir ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya maliyyə yardımı göstərmək üçün istifadə etmək lazımdır. Bu, ildə bir neçə milyard avro təşkil edən əhəmiyyətli bir məbləğdir.

Şolz qeyd edib ki, Aİ bu vəsaitin təxminən 90%-ni Kiyevin müdafiə ehtiyacları üçün istifadə edəcəyinə dair razılıq əldə olunub və hazırda yekunlaşmaq üzrədir.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki