Avropa Parlamentinin (AP) Fransadan olan üzvü Thierry Mariani Avropa İttifaqının (Aİ) Belqrad və Moskva arasındakı tarixi dostluğa son qoymaq ümidi ilə Serbiyaya qarşı beynəlxalq siyasətini tətbiq etdiyi barədə fikir bildirib.
TASS xəbər verir ki, o, bunu Strasburqda AP plenar iclasında deyib.
Marianinin sözlərinə görə, Aİ Serbiyaya ölkənin siyasi və sosial həyatını dəyişdirmək üçün təzyiq göstərir. Deputat qeyd edib ki, Brüssel öz beynəlxalq siyasətini tətbiq etməklə “Serbiya ilə Rusiya arasında tarixi dostluğu kəsmək” istəyir.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Brüsseldə Kosovonun baş naziri Albin Kurti ilə görüşdən əvvəl demişdi ki, bütün “Qərbin böyük adamları” Serbiyaya qarşıdır, lakin hüquq və ədalət onun tərəfindədir.
Doğru.az