image-n1karobka_ads
image-123
image-inobxcznxchtbc74csxgwhfrofp7ygjdeayigypkbackend

Aİ Ukrayna mallarına rüsumsuz rejimi ləğv edir – İqtisadiyyatına milyardlarla avro zərbə

Avropa İttifaqı (Aİ) iyunun 6-dan etibarən Ukrayna malları üçün rüsumsuz ticarət rejiminə son qoymağa hazırlaşır.

Doğru.az xəbər verir ki, bu barədə nüfuzlu Financial Times nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Aİ yaxın həftələrdə Ukraynadan idxal olunan məhsullara ciddi tariflər tətbiq etməyi planlaşdırır. Bu qərar 2022-ci ildən qüvvədə olan və Kiyevə iqtisadi üstünlüklər verən xüsusi rejimin başa çatması, həmçinin yeni saziş üzrə danışıqların gecikməsi ilə izah olunur.

Ən çox zərbə alan sahə isə kənd təsərrüfatı sektoru olacaq. Rüsumsuz kvotaların azaldılması nəticəsində Ukraynadan idxal olunan qarğıdalı, quş əti və şəkər üçün gömrük haqları artacaq. Ukrayna hökuməti bu qərarın ölkə iqtisadiyyatına ildə təqribən 3,5 milyard avro zərər vuracağını hesablayır.

Qeyd edək ki, Ukrayna bu ticarət güzəştlərindən Rusiya ilə müharibə fonunda iqtisadi stabillik üçün istifadə edirdi. Yeni məhdudiyyətlər isə bu imkanlara ciddi məhdudiyyət gətirəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki