Avropa İttifaqı 2027-ci ilə qədər Ukraynaya ildə 5 milyard avro həcmində hərbi təchizat üçün xüsusi mexanizm yaratmağa hazırlaşır.
Reuters xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz Ukraynaya hərbi yardım üçün xüsusi xətt yaratmağı təklif etdik: növbəti dörd il üçün ildə 5 milyard avro. Bu, eyni alət, Avropa Sülh Fondu çərçivəsindədir, lakin indi bu, xüsusi xətt olacaq”, – diplomat bildirib.
Bu yaxınlarda Borrell həmçinin Ukrayna Silahlı Qüvvələri üçün hərbi təlim proqramının əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif edib.
Mənbə: Reuters