image-n1karobka_ads
image-123
image-jsnlrqmn82sbycyift1nu0bjbh2zcjhvhuhaofjd_1200backend

Aİ və Ukrayna Trampın danışıqları tərk edə biləcəyindən qorxur

Financial Times xəbər verir ki, Avropa və Ukrayna rəsmiləri ABŞ lideri Donald Trampın Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq təşəbbüslərindən geri çəkilə biləcəyindən narahat olduqlarını bildirirlər.

“Avropa və Ukrayna rəsmiləri Donald Trampın Kiyev və Moskva ilə sülh danışıqlarından imtina etmək üzrə olduğundan ehtiyat edir, danışıqlardakı kiçik irəliləyişdən potensial olaraq işinin bitdiyini söyləmək üçün “bəhanə” kimi istifadə edir”, – nəşr yazır.

Qeyd olunur ki, ABŞ-da rəsmilər “Rusiya ilə danışıqlarda həqiqətən də heç nəyə nail olmayacaqlarından narahat olmağa başlayıblar”.

Bundan əvvəl Ağ Ev Trampın Ukraynada tam atəşkəsin tərəfdarı olduğunu bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki