image-2000x150px
image-123
image-ads_atlas
image-432521718_252550201280663_5083934231299269452_nbackend

Akif Quluzadədən möhtəşəm qələbə: gecənin kəşfi

image-728x90px

Tailandın paytaxtı Banqkokda RSW muay-tay liqasında beynəlxalq turnir keçirilib.

Ölkəmizi yarışda “Best of the Best” promoşn qrupunun idmançısı 18 yaşlı Akif Quluzadə təmsil edib.

60 kq çəki dərəcəsində çıxış edən muay-tayçı tailandlı rəqibi Petchsamartı məğlub etməklə gecənin kəşfi seçilib. Döyüşü yüksək səviyyədə keçirən Akif Quluzadənin çıxışı turnirin ən maraqlı mübarizəsi kimi qeyd olunub.

Qeyd edək ki, “Best of the Best” promoşn qrupu K-1 döyüş növündə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda təmsil olunmasına dəstək olur. Məhz “Best of the Best”in dəvəti əsasında məşhur idmançılar Badr Hari, Buakav Bençamek ölkəmizə səfər edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki