“Altıncı hiss” və “Süni intellekt” filmlərində çəkilmiş amerikalı aktyor Heyli Coel Osment Kaliforniyadakı xizək kurortunda sərxoş olduğu və idarə olunan maddə saxladığı üçün həbs edilib.
Bu barədə TMZ portalı məlumat yayıb və əlavə edib ki, aktyorun üzərində tapılan maddə polis tərəfindən laboratoriyaya göndərilib. O da vurğulanır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Osmenti həbs etdikdən qısa müddət sonra sərbəst buraxıblar.
Məqalədə deyilir: “İndi Mono Dairəsinin Prokuroru işin təqib edilib-edilməməsinə qərar verəcək”.
Keçən il Dövlət Dumasının deputatı Sultan Həmzəyev səhnəyə çıxmazdan əvvəl sənətçiləri alkoqol və narkotikə görə yoxlamağı təklif etmişdi.
DOĞRU.AZ