image-2000x150px
image-123
image-ads_atlas
image-photo_2023-06-15_23-49-pic_32ratio_1200x800-1200x800-64627backend

Alimlər yerdən kənar həyatın axtarışı üçün perspektivli planet növünün adını çəkiblər

image-728x90px

Madisondakı Viskonsin Universitetinin amerikalı astronomları yerdən kənar həyatın axtarışı üçün ən perspektivli görünən planetlərin növünü müəyyən ediblər. Söhbət ağ cırtdanların – sönmüş ulduzların nüvələrinin orbitində fırlanan okeanla örtülü dünyalardan gedir.

Tədqiqat Amerika Astronomiya Cəmiyyətinin (AASJ) elmi jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, ağ cırtdanlar radiasiya ilə sistemlərindəki planetlərin müşahidəsinə mane olmayacaq qədər tutqundurlar.

Eyni zamanda, sönmüş ulduzları olan sistemlərdə həyat axtarışı tələb edəcək ki, ağ cırtdanı əhatə edən planetlər ulduzun həyatının son mərhələlərindən birində, o, 100 dəfə şişib qırmızı nəhəngə çevrilən zaman hansısa yolla sağ qalsınlar. Bu mərhələdə ulduzlar yaxınlıqdakı dünyaları əhatə edir. Yer kürəsini də oxşar aqibət gözləyir, lakin bu, yalnız 5 milyard ildən sonra baş verəcək.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki