Rod-Aylenddəki Braun Universitetinin amerikalı geofizikləri zəlzələlərin baş verməsi üçün yeni mexanizmlər kəşf ediblər.
Kəşf gələcək seysmik hadisələrin proqnozunu təkmilləşdirə bilər. Araşdırma “Nature” elmi jurnalında dərc olunub.
Mütəxəssislər əsas diqqəti qırılma xətlərinin sərhədlərində – Yerin litosfer plitələrinin bir-biri ilə təmasda olduğu yerlərdə baş verən proseslərə yönəldiblər.
Komanda seysmik fəaliyyət növlərinin plitələrin bir-birinə nisbətən sürüşmə üsulundan və çatların həndəsəsindən asılı olduğunu fərz etdi. Mürəkkəb həndəsə zəlzələ şəklində özünü göstərən qeyri-sabit davranış yaradır.
Mənbə: Haberler.com