Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya 2031-ci ilə qədər sursat alınması üçün 20 milyard avro ayıracaq.
O, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Almaniyada 155 mm çaplı 20 min mərmi var, lakin 2031-ci ilə qədər ölkədə 230 minə yaxın mərmi olmalıdır.
Bundan əvvəl Almaniyada Kiyevə gətirilən “Gepard” özüyeriyən zenit silahları üçün döyüş sursatlarının istehsalına başlanıldığı bildirilirdi.
İlk mərmilər tezliklə ön xətt bölmələrinə çatmalıdır. Kəskin sursat çatışmazlığını aradan qaldırmaq üçün Rheinmetall bir neçə ay ərzində Unterlüs müəssisəsində yeni istehsal xətti qurdu.
Qəzetin yazdığına görə, Ukraynaya Almaniyanın tədarük etdiyi 40 özüyeriyən zenit silahı üçün bu 35 mm-lik sursat təcili lazımdır. Rheinmetall silah konserni 300 min, bu il isə 40 min ədəd istehsal edəcək.
Mənbə: BBC