image-n1karobka_ads
image-123
image-20221003_gaf_u39_002-pic_32ratio_900x600-900x600-5892backend

Almaniya BRİKS-in Ukrayna üçün sülh planı məsələsini qaldırıb

Almaniya Bundestaqının BSW (Sarah Wagenknecht Union) partiyasından olan deputatı Sevim Dağdalen BRİKS-in üzvü olan Braziliya və Çinin Ukrayna üçün təklif etdiyi sülh planı məsələsini qaldırıb. 

Dağdalen parlament sorğusunun mətnində Almaniya hökumətinin bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının ədalətli müzakirəsi ilə Rusiya-Ukrayna münaqişəsi üzrə sülh danışıqları üçün BRİKS, Braziliya və Çinin təşəbbüsünü dəstəkləyib-dəstəkləmədiyini soruşur.

O, həmçinin Almaniya hökumətindən Ukrayna üzrə iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək sammitə münasibətini soruşub.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Çinin Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammitdə iştirak etməyəcəyindən təəssüfləndiyini bildirib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki